Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət İmam Musa Kazımın (ə) mövlud günü münasibətilə şəhid Ayətullah İmam Seyid Əli Xameneinin (Allah ona rəhmət eləsin) həmin həzrətin mübarizələri barədə bəyanatlarından ibarət videoklip yayımlanıb. O həzrət bu çıxışında İmam Kazımın (ə) həyatını Qurani-Kərimə əsaslanan hakimiyyətin bərqərar olunması uğrunda mübarizə və səylərlə dolu bir həyat kimi səciyyələndirir.
Şəhid Ayətullah Seyid Əli Xameneinin videoklipdə yer alan çıxışından: Musa ibn Cəfərin (ə) həyatı olduqca heyrətamiz və qəribə bir həyatdır. Əvvəla, İmam Musa Kazımın (ə) şəxsi həyatında məsələ onun yaxınları üçün tam aydın idi. Həzrətin yaxınlarından və xüsusi səhabələrindən elə bir şəxs yox idi ki, Musa ibn Cəfərin (ə) hansı məqsəd uğrunda çalışdığını bilməsin. Həzrət özü də sözlərində, işarələrində və həyata keçirdiyi gizli fəaliyyətlərdə bunu başqalarına göstərirdi.
Hətta yaşayış yerində, İmamın oturduğu xüsusi otaq da bu həqiqəti əks etdirirdi. Rəvayətçi – (İmamın yaxın səhabələrindən biri )– deyir: Otağa daxil oldum və gördüm ki, orada üç şey var.
Sərt parça ilə tikilmiş bir paltar, yəni adi rifahlı insanların geyimindən uzaq olan bir libas. Bu günün dili ilə desək, bunu döyüş paltarı adlandırmaq olar. Musa ibn Cəfər (ə) onu geyinməmiş, simvolik bir nişanə kimi otaqda saxlamışdı.
İkincisi, asılmış bir qılınc idi ki, tavan və divardan asılmışdı.
Üçüncüsü isə bir Qurani-Kərim idi.
Baxın, bu nə qədər gözəl və mənalı bir simvoldur. Həzrətin şəxsi otağında – hansı ki, ora yalnız onun xüsusi səhabələri daxil ola bilirdi – məqsədli və inamlı bir mübarizin nişanələri görünürdü.
Orada qılınc olması, məqsədin cihad olduğunu göstərirdi. Sərt parça ilə tikilmiş paltarın olması, vasitənin çətin və mübarizəli bir həyat olduğunu göstərirdi. Qurani-Kərimin olması isə, məqsədin məhz Qurana əsaslanan həyat tərzinin olduğunu bəyan edirdi. Bu yolda bütün çətinliklərə dözməyə hazır olmaq lazım idi.
(Tehran Cümə namazı xütbələri, 13 aprel 1985-ci il)
Videonu izləmək və yükləmək
Rəyiniz